IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak etməkdən məmnunam. Belə mötəbər tədbirə dəvət olunduğuma görə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkür edirəm.
Bu sözləri jurnalistlərə müsahibəsində Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə təmsilçisi İbrahim Əssiri (Səudiyyə Ərəbistanı) deyib. Bildirib ki, IV Bakı Beynəlxalq Teatr Konfransı müxtəlif ölkələrin teatrşünasları tərəfindən müasir teatrın problemlərinin müzakirə edilməsinə və həlli yollarının tapılmasına imkan yaradacaq.
Azərbaycan teatrları haqqında məlumatlı olduğunu bildirən İbrahim Əssiri II Şəki Beynəlxalq Teatr Festivalında iştirak etdiyini, tamaşalarımıza maraqla baxdığını diqqətə çatdırıb. Qonaq beynəlxalq tədbirlərin Azərbaycanda çox yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.
azertag.az