Bu gün xalq artisti Alim Qasımovun doğum günüdür.
Alim Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda anadan olub.
O, Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında Alim, həyatında birinci muğam müsabiqəsində müvəffəqiyyət qazanıb. O vaxtlarda o, muğam sənətinin, xüsusilə də “tarab” janrının araşdırmalarıyla məşğul olub.
A.Qasımov 1999-cu ildə Beynəlxalq IMC YUNESKO Musiqi Mükafatını alıb.
Qeyd edək ki, Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılmasında böyük bir rol oynayır.
Gün.Az