Fitoterapevtlər (xəstəlikləri təbii vasitələrlə müalicə edən həkimlər) sitrus meyvələrinin qabıqlarını çox giymətli müalicəvi məhsul hesab edirlər.
Həqiqətən sitrus meyvələrinin qabıqları bir çox faydalı maddələrlə zəngindir.
Sitrus meyvələrinin tək üzdəki sarı qabığı deyil, ağ qabığının da çox faydalı xüsusiyyətləri var. Təəssüf ki, bunu az insan bilir.
Ağ qabığın tərkibində xüsusi maddə "naringin" var. Bu maddə piylərin yandırılmasını sürətləndirir və arıqlamağa kömək edir. Həmçinin bu maddə qan damarlarının elastikliyini artırır, aterosklerozun qarşısını alır, orqanizmi tonuslaşdırır, orqanizmədə qocalma prosesləri ləngidir.
Digər tərəfdən sitrus meyvələrinin ağ qabığında "kversetin" maddəsi var. Bu maddə damarları möhkəmləndirir, qanda xolesterolun səviyyəsini aşağı salır. Orqanimdə xolesterolun səviyyəsinin artması ürək-damar xəstəliklərinin əsas səbəbidir.
Bütün bunları nəzərə alaraq alimlər sitrus meyvələri ağ qabığı ilə birlikdə qəbul etməyi tövsiyə edirlər.
saglamolun.az