«Parabank» yüksək faizlə əmanət qəbul edir
14.8.2012

Azərbaycanın «Parabank» ASC bazara «İmkanlarımız sərhədsizdir» adlı depozit məhsulunu çıxarıb. Belə ki, bu əmanət növü üzrə bir il və daha artıq müddətdə 30 min manat, avro və ya və ABŞ dollarında əmanət yerləşdirən yeni müştərilərə əmanətin 1%-i məbləğində bonus veriləcək.

Bankın baş ofisindən verilən məlumata görə, depozit məhsulunun əsas üstünlüyü yüksək faiz dərəcələrinin olmasıdır. Bankda bu növ əmanət yerləşdirən müştərilər məbləğdən asılı olaraq «Visa» kartları və onlara əlavə olunmuş üstünlükləri paket şəklində heç bir ödəniş olmadan əldə edəcək.

Qeyd edək ki, «İmkanlarımız sərhədsizdir» adlı depozit məhsulu üzrə illik faiz dərəcəsi 22,8% təşkil edir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 15 filialı, 18 bankomatı, 238 POS-terminalı və 402 işçisi olub.

APA