Mobil telefonlardakı mavi işıq sağlamlığı məhv edir
11.11.2016

Smartfonların həyatımızın əvəzolunmaz bir parçası halına gəldiyi artıq qəbul edilən bir həqiqətdir. Günün hər anında, sadəcə yatarkən ayrı qaldığımız smartfonlar bir çox işimizi asanlaşdırsa da, bu telefonların ekranındakı mavi işıq insana mənfi təsir göstərir.
Smartfonlar, planşet və ya kompyuterlərin ekranlarında olan mavi işıq, günün ən parlaq saatında belə, ekrandakıları oxumağınızı təmin edir.
Bu ekranlar gecələr isə, sanki kiçik bir pəncərədən sızan gün işığı kimi parlaq olur. Bax, məhz bu səbəbdən gecələri smartfona baxmaq lazım deyil.
Bədənimiz təbii olaraq gecələr dincəlir, gün ərzində oyaq və diqqətli qalır. Ancaq yatmağa hazır olduğumuz anda smartfona baxmaq beyini tərəddüdə salır.
Günəşin parlaqlığını təqlid edən mavi işıq, beyinin özünü günün ortasında zənn etməsinə səbəb olur.
Bu vəziyyət isə, beynin yuxu hormonu olan melatonini ifraz etməsini əngəlləyir, insanın yuxuya getməsini çətinləşdirir və başqa sağlamlıq problemlərinə yol açır.

saglamolun.az