Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti «Limitsiz+» mobil internet paketini təqdim edib.
Şirkətdən verilən məlumata görə, yeni mobil internet paketinə 1 aylıq limitsiz internet xidməti daxildir. «Nar Mobile» abunəçiləri (070/077) qeyd edilən mobil internet paketindən istifadə etmək üçün «Limitsiz+» sözünü 777 SMS nömrəsinə və ya telefonun ekranında *777#731#Yes yığaraq mobil internet paketini aktiv edə bilər.
Abunəçilər təqdim edilən limitsiz internet paketini istifadə edərkən 15 GB internet trafikini keçdikdən sonra sürət həddi 128 Kbit/s qədər düşə bilər.
Limitsiz+mobil internet paketi | 1 ay |
Paketin qiyməti | 20 AZN |
İstifadə müddəti | 30 gün |