Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə İstanbulda və Ankarada anma tədbirləri keçiriləcək.
Nazirlikdən bildirilib ki, yubiley tədbirləri çərçivəsində kitab və fotosərgi, beynəlxalq elmi konfrans və şairin şeirlərindən ibarət bədii hissə nümayiş olunacaq.
Birinci tədbir noyabrın 14-də İstanbulda 36-cı Beynəlxalq Kitab sərgi yarmarkası çərçivəsində, ikinci tədbir isə noyabrın 15-də Ankarada TÜRKSOY-un iqamətgahında, sonuncu tədbir isə noyabrın 17-də isə Türkiyə Milli Kitabxanasında təşkil olunacaq.
Bu tədbirlərdə Milli Kitabxananın nəşri olan “S.Vurğun. Biblioqrafiya” kitabının təqdimatı keçiriləcək, şairin kitablarından ibarət sərgi açılacaq, həyat və yaradıcılığına həsr edilən konfrans təşkil ediləcək və digər təqdimatlar olacaq.
azertag.az