“Adını Feriha Koydum” teleserialının baş rol ifaçılarından olan Hazal Kayanın kiminlə əvəzlənəcəyi məlum olub.
Türkiyə mətbuatına istinadən verilən xəbərə görə, Kayanın yerinə filmdə Beril Kayar çəkiləcək.
Kayarın bu obraz üçün seçilməsi hər kəsi təəccübləndirib. Çünki namizəd olaraq daha çox Bergüzar Korel, Cansu Dere, Merve Sarının adı çəkilirdi.
Qeyd edək ki, 24 yaşlı Beril ilk dəfə “Acayip hikayeler” filmində rəqqasə rolunu canlandırıb. Bu filmlə böyük şöhrət qazanan gənc model bir müddət əvvəl verdiyi açıqlamada yenidən ekranlarda görünəcəyini bildirmiş, lakin çəkiləcəyi filmin adını gizli saxlamışdı.
Gun.Az yeni “Feriha”nın fotolarını təqdim edir.
Gun.Az