Vəsaitinizi depozitə yerləşdirmədən, pulunuz cibinizdə qalmaqla qazanmaq imkanı nə qədər inandırıcıdır?.. Amrahbankın “Yubiley” kartları Sizə yüksək faiz qazandıracaq!
Bankdan verilən məlumata görə, 1993-cü ildən fəaliyyət göstərən Amrahbank 20 illik yubileyinə həsr edilmiş "Yubiley” kart məhsulunu müştərilərinə tamamilə pulsuz təklif edir. “Yubiley” kartlarını ilkin mədaxil məbləğini kart hesabına yerləşdirməklə əldə etmək olar.
“Yubiley” kartlarını digər kartlardan fərqləndirən üstünlüyü odur ki, kart hesabının gündəlik qalığına AZN kartları üzrə illik 5%, USD/EUR kartları üzrə illik 3% olmaqla gəlirlər hesablanır və toplanmış faizlər hər ayın 1-i hesaba köçürülür.
Sığorta depozitinin tələb olunmaması “Yubiley” kartlarının daha bir üstünlüyüdür. Ehtiyac yarandığı anda Siz rahatlıqla hesabınızdakı məbləği, hesablanmış faizlərlə birlikdə kartınızdan əldə edə bilərsiniz. Bundan başqa “Yubiley” kartlarında nağdlaşdırma faizi Amrahbank şəbəkəsi daxilində AZN hesabı ilə açılmış kartlarda 0% təşkil edir. “Yubiley” kartlarının üstünlükləri bununla bitmir. Onlayn ödənişlər, ticarət obyektlərində və kommunal ödəmə nöqtələrində nağdsız ödənişlər, zaman və məkan məhdudiyyəti olmadan nağd vəsaitin əldə olunması, SMS xəbərdarlıq, Card-to-card, Cash by code, Mobil və İnternet-bankçılıq, PİN Change, Master Card Money Send və s. xidmətlər kart sahiblərinə geniş imkanlar yaradır.
Amrahbankın “Yubiley” kartlarını əldə etmək üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə Bankın istənilən filialına müraciət edə bilərsiniz. “Yubiley” kartlarının şərtləri ilə daha yaxından tanış olmaq üçün Bankın 987 Məlumat Mərkəzinə, www.amrahbank.az və ya www.facebook.com/amrahbank rəsmi internet səhifələrinə müraciət edə bilərsiniz.
Amrahbankın “Yubiley” kartları ilə imkanlarınızı bir daha artırın!
trend