Ağsu rayonunda pambıq yığımı sürətlə davam edir.
Rayon kənd təsərrüfatı idarəsindən bildiriblər ki, hər gün tarlalara orta hesabla 800-900 nəfər işçi çıxır. Gündə 25-27 ton pambıq yığılır. Ümumiyyətlə, indiyədək tarlalardan 811 ton 340 kiloqram məhsul toplanılıb.
Hazırda yığım rayonun daha çox pambıq yetişdirilən Ərəbmehdibəy, Ərəbsarvan, Qaraqoyunlu, Bozavand, Rəhimli və bir sıra digər ərazi vahidlərində mütəşəkkil aparılır.
azertag.az