Ümumrespublika akvarel rəsm müsabiqəsinin yekun sərgisi açılacaq
15.11.2016

Noyabrın 29-da Bakı Xətai Sənət Mərkəzində ümumrespublika akvarel rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzdən bildirilib ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Sərgidə 80-dək fırça ustasının yüksək bədii dəyərə malik sulu boya ilə çəkilmiş yeni sənət əsərləri nümayiş olunacaq. Həmçinin sərginin ekspozisiyasında akvarel texnikası ilə çəkilmiş ilk dəfə sərgilənən sərbəst mövzulu əsərlər yer alacaq. Sərginin təşkil olunmasında məqsəd akvareli yaşatmaqla yanaşı, onun gələcək inkişafına stimul yaratmaqdır.

Müsabiqənin şərtlərinə uğun olaraq sonda qaliblər mükafatlandırılacaq.

azertag.az