BMW avtomobillərinin ölkəmizdə rəsmi idxalçısı “İmproteks Motors” şirkəti yenilənmiş “BMW 7-ci Seriya”nın satışına başladı.
Bu barədə “İmproteks Motors” şirkətinin marketinq meneceri Fərid Abdullayev məlumat verib.
Onun sözlərinə görə, tamamilə yenilənmiş bu avtomobil “BMW”-nin flaqmanıdır və hər bir müştərinin zövqünə oxşayan avtomobildir.
F.Abdullayev bildirib ki, yenilənmiş “BMW 7-ci Seriya” LED tipli yeni ön və arxa fənərlər, qüvvəsi artırılmış mühərrik, yeni ön bamper, arxa oturacaqlar üçün monitor, salonda əl işləmələri ilə hazırlanmış detallar və s. yeniliklərlə təchiz edilib.
Avtomobil Azərbaycanda 3 mühərrik versiyası ilə satışa çıxıb. Belə ki, “BMW 760 Li” top modeli üçün 12 silindrli 544 at güclü, “BMW 740 Li” model üçün 6 silindrli 320 at güclü, “BMW 750 Li” modeli üçün isə yenidən işlənmiş V-şəkilli 8 silindrli mühərriklər təklif olunur.
Gün.Az