“Çex-Azərbaycan lüğəti” nəşr olunub
15.11.2016

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Çex-Azərbaycan lüğəti” çapdan çıxıb.

Tərcümə Mərkəzindən bildirilib ki, lüğət çex dilinə yiyələnmək istəyən tələbələr, diplomatlar, iş adamları, tərcüməçilər üçün nəzərdə tutulub.

Nəşrin tərtibçisi filologiya elmləri doktoru, professor Elçin Mehri, redaktoru Güldəstə Nəsibdir.

Lüğətin elektron versiyası yaxın günlərdə Mərkəzin “Açıq kitab” elektron kitabxanası istifadəçilərinin ixtiyarına veriləcək.

azertag.az