Tələbə autizmin diaqnostikası üçün əlavə hazırlayıb
15.11.2016

Nyu-York Universitetinin mütəxəssisi Kun U Ço başqa mütəxəssislərlə birlikdə iki yaşdan kiçik uşaqlarda autizmin diaqnostikası üçün əlavə yaradıb. Yeni proqramı smartfon, kompüter və ya planşetə yükləmək olar.

Sosial vəziyyət təsvirlərinə baxış prosesində bu proqram vasitəsilə uşaqların göz hərəkətləri izlənib. Sonra o, məlumatlar təhlil edilib, autizm əlamətləri axtarılıb. Mütəxəssislərin fikrincə, autizm spektri pozulmayan uşaqlar belə şəkillərə autistlərlə müqayisədə daha uzun müddət baxırlar. Məsələ bundadır ki, autizm spektri pozulan uşaqlar sosial münasibətləri başa düşə bilmirlər.

Yeni əlavənin köməyi ilə diaqnostika prosesi cəmi 54 saniyə çəkir. Proqram 93,96 faiz dəqiqliklə diaqnoz qoymağa imkan verir. Mütəxəssislər vurğulayırlar ki, əlavə üzərində iş başa çatmayıb. Gələcəkdə valideynlər narahatlıq üçün əsas olub-olmadığını bu əlavə sayəsində müəyyən edə biləcəklər.

azertag.az