Noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində görkəmli tarzən Mirzə Sadıq Əsəd oğlu Sadıqcanın 170 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək.
Konsert Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Mirzə Sadıq Əsəd oğlu Sadıqcan tarzən və tarı təkmilləşdirən sənətkar kimi Qafqazda və İranda böyük şöhrət qazanıb. O, tarda simlərin sayını artıraraq 5-dən 11-ə çatdırıb. Onun təkmilləşdirdiyi tar Qafqazda və Orta Asiyada geniş yayılaraq Azərbaycanın musiqi rəmzinə çevrilib.
azertag.az