Noyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Argentinanın “Victor Huqo Villena's band” qrupunun və Azərbaycanın tanınmış muğam ustalarının iştirakı ilə konsert keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi və Argentinanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan “Tango and Mugham” layihəsi çərçivəsində keçiriləcək konsertdə Xalq Artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), Argentinadan isə Viktor Hüqo Villena Obregon (bandoneon), Maurisio Enriki Anqarita (kontrabas), Dieqo Martin Trosman Benhamo (gitara) və Xavyer Estrella (zərb alətləri) çıxış edəcəklər.
azertag.az