“Bolkart”ın 5 illiyi münasibətilə “Bank of Baku” “Bolkartla Qazan” aylığı çərçivəsində yeni kampaniyaya start verib.
Bankdan bildiriblər ki, “VİP müştərilərə, VİP təklifimiz var” şüarı altında icrasına başlanılan sayca 9-cu kampaniyadan “Bolkart Gold” və “Bolkart Diamond” kartlarını əldə etmək istəyən müştərilər faydalana biləcəklər.
Sahibinə özəl üstünlüklər qazandıran bu kartları noyabrın 30-dək 50 faiz endirimlə əldə etmək olar. İki illik xidmət haqqı 50 manat olan “Bolkart Gold” debet kartını 25 manat, illik xidmət haqqı 40 manat olan “Bolkart Gold” kredit kartını isə müştərilər sadəcə 20 manat ödəyərək sifariş edə bilərlər.
Kampaniyadan kənar günlərdə 150 manat dəyərində olan “Bolkart Diamond” debet və kredit kartını isə 75 manat ödəməklə əldə etmək olar. “Bank of Baku” kampaniya dövründə bu kartlardan birini sifariş edən hər bir şəxsə “Priority pass” kartını hədiyyə edəcək. “Priority pass” kartı dünyanın bütün hava limanlarında VİP zallara keçid imkanı verən xüsusi kartdır.
Kampaniyada həm debet, həm də kredit kartları iştirak edir. Debet kartlarını AZN, USD, EUR olmaqla hər üç valyutada sifariş etmək olar. Bir müştəri eyni valyutada ancaq bir kart sifariş edə bilər.
azertag.az