Emin Ağalarov “BBC səhər”in qonağı olub
16.8.2012

Tanınmış müğənni və bəstəkar Emin Ağalarov “BBC səhər” proqramının qonağı olub.

E.Ağalarovun rəsmi saytına istinadən verilən xəbərə görə, ifaçı proqramda musiqi karyerası barədə geniş məlumat verib.

Emin Ağalarov, eləcə də Avropanın “BBC Radio 2”, “Magic FM” kimi ən məşhur musiqi radiostansiyalarının onu dəstəklədiyini vurğulayıb.

İfa etdiyi mahnıların digər ölkələrdə tərcümə olunaraq məşhurlaşmağını müğənni özünün uğuru kimi qiymətləndirib.


Gün.Az