Milli animasiya serialı çəkiləcək
16.8.2012

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yeni animasiya filmləri çəkilir.

Hazırda 3D-Max və Maya proqramlarında “Kiçik ev” animasiya filmi istehsal olunur.

On dəqiqəlik film səsləndirmə prosesindədir.

Qeyd edək ki, indiyə kimi 3D formatında “Cəsur təyyarə”, “Tırtılın arzusu” animasiya filmləri lentə alınıb.

Yaxın zamanlarda animasiya serialının çəkiləcəyi də gözlənilir.


Gün.Az