Sənaye müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib
16.11.2016

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin sənaye müəssisələrində tətbiqinə dair təlimlər davam etdirilir. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə növbəti belə tədbir noyabrın 15-də keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının və sənaye müəssisələrinin nümayəndələri iştirak edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimdə nazirliyin korporativ idarəetmə sektorunun müdiri Anar Hacızadə və həmin sektorun əməkdaşı Tural Məmmədov maraqların toqquşmasının mahiyyəti və səbəbləri, onların həlli, maraqlar toqquşmasının qarşısının alınması üsulları barədə iştirakçılara ətraflı məlumat verib, onları maraqlandıran suallar cavablandırılıb.

azertag.az