Almaniyada yaşayan Armin Çiselski, Peter Brakel və Valter Viller metal tullantılarının yığıldığı yerə atılmış köhnə avtomobil hissələrindən əfsanəvi maşını yığmaq fikrinə düşüblər. Onlar "Giganten aus Stahl" şirkətində çalışırlar.
Dünyanın istənilən avtomobilini tullantı metal hissələrindən yığa biləcəyini iddia edən Çiselskinin dediyinə görə, əfsanəvi "Mercedes"i dostları ilə birlikdə 7 ay ərzində 10 min metal hissəsindən yığıblar. "Ən çətin iş mühərrikin hazırlanması idi. Amma bunun da öhdəsindən gəldik. Bizim maşındakı mühərrik original modellə identikdir və çəkisi də 1 tondur", - Çiselski deyib.
Lakin bir dəstə avtomobil həvəskarı əfsanəvi superavtomobilin prototipini bərpa ediblər.
10 min dəmir parçasından hazırlanmış bu maşın hərəkət etmir. Hazırda dünyada cəmi ikisi qalmış "Mercedes 300 SLR Uhlenhaut Coupe"lərdən biri satışa çıxarılarsa, planetin ən bahalı avtomobilinə çevrilər. Çünki əntiq avtomobil kolleksiyaçıları bu maşın üçün on milyonlarla dollar ödəməyə hazırdırlar.
Çiselski isə hazırladıqları avtomobili 60 min avroya satmağa hazır olduqlarını deyib.
İndi dünyada bu maşınlardan ikisi qalıb və maşınların hər ikisi də "Mercedes" konserninin Almaniyadakı muzeyindədir.