Azərbaycanda təşkil olunan yarışmaya münsif heyəti kimi dəvət olunan məşhur türkiyəli aktrisa Tuba Büyüküstün uşaq evini ziyarət etməyi də unutmayıb.
Türkiyə KİV-nə istinadən verilən xəbərə görə, aktrisa yarışmadan əvvəlki proqramına belə bir sürpriz də daxil etməklə uşaqların da ürəyini fəth etməyi bacarıb.
Belə ki, yarışmadan əvvəl Tuba Pirallahı Uşaq Evini ziyarət edib. Oradakı kimsəsiz uşaqlarla birgə nahar edib, oyunlar oynayıb.
Milli.Az