Havada və yerdə hərəkət edən dron
16.11.2016

Dronların əksəriyyəti akkumulyatordan qidalanmaqla havada cəmi iyirmi dəqiqə qala bilirlər. Təkərlər üzərində hərəkət etmək isə enerjinin sərf olunması baxımından daha səmərəlidir. Lakin bu, robotun sürətini ciddi şəkildə məhdudlaşdırır.

“Advanced Tactics” şirkəti tərəfindən hazırlanmış “Panther” dronu özündə bu imkanları birləşdirir.

6,8 kiloqram ağırlığında olan yeni dron kənd təsərrüfatı işləri və rabitə sənayesi tədqiqatı üçün nəzərdə tutulmuş sürətli və cəld robotdur. “Panther”in digər dronlardan fərqli cəhəti onun sürətli uçmaqla yanaşı, yerin səthində də olduqca cəld hərəkət etmək bacarığının olmasıdır.

azertag.az