Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Katip Çelebi Universitetinin rektoru, professor Qalib Akhan və bu ali təhsil ocağının prorektoru, professor İbrahim Kocabaş Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovla görüşüb.
İnstitutdan bildiriblər ki, əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə birgə elmi-tədqiqat işlərinin aparılması, bu elm müəssisəsində həmin universitet üçün yanacaq, alternativ enerji, farmakoloji kimya üzrə kadrların hazırlanması nəzərdə tutulub.
Sonra institutda fəaliyyət göstərən akademik Y.Məmmədəliyevin Memorial Muzeyi ilə tanış olan qonaqlara azərbaycanlı alimin elmi yaradıcılığı haqqında məlumat verilib.
azertag.az