İngiltərənin «PC Maritime» şirkəti Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (XDG) gəmilərini elektron informasiya sistemləri ilə təchiz edəcək.
Bu barədə «PC Maritime» şirkəti məlumat yayıb.
Şirkət XDG-dən gəmilərin Qrafik Məlumatları və İnformasiya Göstərilməsi Elektron Sistemi (ECDIS) ilə təchizatına dair sifariş alıb. Əvvəlcə XDG-nin 13 gəmisi bu sistemlə təchiz olunacaq. Cari ilin sonunda müqavilə üzrə əlavə ikinci sifariş ola bilər.
Müqaviləyə Jeppesen SENC formatlı elektron sxemlər və avtomat qurğular daxildir. ECDIS tipi üçün spesifik olan treninqlər XDG-yə «PC Maritime» şirkəti tərəfindən DVD formatda təqdim olunur.
Qeyd edək ki, Navmaster ECDIS nümunəsi Azərbaycan Dövlət Dəniz Administrasiyası tərəfindən təsdiq olunub.
APA