Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Autist Uşaqların Reabilitasiyasına Dəstək" İctimai Birliyi tərəfindən “Eyni səma altında bərabər imkanlar” layihəsinin icrasına başlanılıb.
İctimai Birliyin ictimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, 3 ay ərzində həyata keçiriləcək layihə çərçivəsində autizmli uşaqların olduğu gənc ailələr müəyyən ediləcək. Həmin ailələrin də könüllü fəaliyyəti nəticəsində Bakı şəhəri üzrə autizm sindromlu uşaqlar siyahıya alınacaq və onların arasında yaradıcılıq müsabiqəsi elan olunacaq. Autizmli uşaqlar müsabiqəyə əl işlərini təqdim etməklə cəmiyyətə adaptasiya olunmaq imkanı qazanacaqlar.
azertag.az