Azərbaycanda işsizlərə 4 min manat verilə bilər.
17.11.2016

İşsizlər üçün nəzərdə tutulmuş məşğulluq proqramı növbəti il üçün də yenilənə bilər. Proqram məşğulluq idarəsində qeydiyyatda duran insanlar üçün biznes imkanları yaradır.
Bu məqsədlə 6 milyon manat vəsait ayrılıb və 1500 işsiz üçün nəzərdə tutulub. Aprel ayından start götürən seçimlərə 3000 nəfər qatılıb və onlar öz biznes ideyalarını təqdim ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslərin barədə məlumatları - təhsili, bacarıqları, evdə əmək qabiliyətli uşaqların sayı, sosial statusu və s. təhlil edilib.
Builki proqram üçün müraciətlər artıq yekunlaşıb və geridə qalan 1245 nəfərin seçilməsi prosesi gedir. Seçilən insanlara dəstək nağd pul şəklində həyata keçirilmir.
Vəsaitlər təqdim edildikdən sonra onların biznesləri ayda bir dəfə yoxlanılacaq. Məqsəd vəsaitin səmərəli istifadə edilib-edilməməsini müəyyən etməkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri İsa Həsənov qeyd edib ki, ilkin mərhələdə büdcə vəsaiti hesabına qurulan kiçik biznes strukturlarına gələcəkdə də dəstək verilə bilər.
2017-ci ilin büdcəsində onlar üçün əlavə vəsait ayrıla bilər.

saglamolun.az