“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli brendi olan "AZALJET" Bakıdan Moskvaya olan uçuşlar üçün xüsusi kampaniya keçirir.
Kampaniya noyabr ayının 29-30-nu əhatə edir.
Aksiya çərçivəsində noyabrın 29-u Bakıdan Moskvaya ("Vnukovo" hava limanı), noyabrın 30-da isə Moskvadan Bakıya uçan sərnişinlər aviabileti 49 avroya ala bilərlər.
Bu qiymətlər yalnız bir istiqamət üçün müəyyən edilib.
Qeyd edək ki, noyabrın 17-dən dekabrın 15-dək bu tarifə görə daha çox sayda təyyarə reyslərindən istifadə etmək mümkün olacaq.
report.az