Azərbaycan Qızıl Aypara Cəmiyyəti İran İslam Respublikasında baş vermiş zəlzələdən zərər çəkmiş insanlara yardım məqsədilə "Gəlin Yardımçı Olaq" ianələr toplamaq kampaniyasına start vermişdir. İranda baş vermiş hadisə nəticəsində yardıma ehtiyacı olan bacı və qardaşlarımıza siz də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə yardım edə bilərsiniz.
İanələri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi AzN və ABŞ dolları bank hesablarına köçürə bilərsiniz. İanə edən şəxslərin ad və soyadları, ianələrinin məbləği Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəsmi internet səhifəsində yerləşdirilir və mütəmadi olaraq yenilənir. (www.redcrescent.az).
Məlumat üçün bildirək ki, ilk olaraq 1000 manat ianə edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov olmuşdur. Onunla yanaşı "Aypara Humanitar Fondu"da 1000 manat ianə etmişdir.
Bu kampaniyaya qoşulan insanlara öz dərin təşəkkürümüzü bildiririk.
AZN
Azərbaycan Beynəlxalq Bankı
Sahil filialı Kodu: 805595
VÖEN 9900001881
M/h. AZ03NABZ01350100000000002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33308019449748533210
VÖEN 1700011681
|
|
ABŞ Dollar
Azərbaycan Beynəlxalq Bankı
Sahil filialı Kodu: 805595
VÖEN 9900001881
M/h. AZ03NABZ01350100000000002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qızıl Aypara Cəmiyyəti
Hesab № 33318018409748533210
VÖEN 1700011681
|
|
trend.az