ABŞ-ın tanımış Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində (Fletcher School of Law and Diplomacy) sentyabrın 25-28-də Diplomatik Akademiyalar və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşan universitetlərin və ali məktəblərin ənənəvi illik Forumu keçirilib.
Beynəlxalq Forumda dünyanın 100-dən artıq Diplomatiya Akademiyaları və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan universitetlərinin rektor və dekanları bir araya gəliblər.
APA-dan verilən məlumata görə, Forumun sonuncu günü xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev gələn il Akademiyanın tikilməkdə olan müasir təhsil kompleksinin hazır olacağını bildirib və 2012-ci ilin Forumunu Azərbaycanda keçirilməsini təklif edib. Diplomatiya Akademiyaları və Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşan universitetlərin rektorları növbəti illik Forumun Bakı şəhərində keçirilməsinə yekdilliklə dəstək veriblər.
Qeyd edək ki, Diplomatik Treninq üzrə Beynəlxalq Forum 1972-ci ildən keçirilir. Azərbaycan Diplomatik Akademiyası yarandığı 2006-cı ildən bu foruma qatılır.