Dünya mobil telefon bazarında satış azalıb
16.8.2012

Bu ilin II rübü ərzində dünya bazarında mobil telefonların satış həcmi ötən ilin eyni dövrünə nisbətən 2,3% azalıb. Bu barədə «Gartner» analitik şirkətinin dərc etdiyi hesabatda bildirilir.

Hesabata əsasən, azalma istehlakçıların «iPhone 5» modelini gözləməsi, həmçinin istehlak tələbatını saxlayan mürəkkəb iqtisadi vəziyyət fonunda baş verib.

Mobil telefonların ümumi satışının ən çox hissəsi «Samsung», «Nokia» və «Apple» şirkətlərin payına düşüb. Lakin ilk beşlikdə ZTE və «LG Electronics» şirkətləri də yer alıb. «Android» əməliyyat sistemi bütün yeni qurğuların 64,1%-ində, «iOS» isə 18,8%-ində quraşdırılıb.


APA