Azərbaycanda əhalinin sayı açıqlandı
16.8.2012

Bu il iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanda əhalinin sayı 9 294,4 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən çərşənbə axşamı verilən məlumata görə, bu müddətdə təbii artım 58 364 nəfər olub. Hesabat dövründə 86405 nəfər doğulub, 28 041 nəfər ölüb.

Bakıda əhalinin sayı 2 137,2 min nəfərdir.

İyulun 1-nə olan məlumata görə, Azərbaycanda bu il 40371 nikah, 5343 boşanma qeydə alınıb.

http://qafqazinfo.az