24-27 Noyabr tarixlərində "Jumeirah" otelində ən unudulmaz dəb şousu - Bakı Moda Həftəsinin beşinci mövsümü baş tutacaq.
Şou ildə 2 dəfə keçirilir və öz meydanına dəb dünyasının ən parlaq ulduzlarını toplayır. Bu sezonun açılışını brend uşaq dizayneri - "Bechique"-in mono-göstərisi edəcək. Şou xüsusi nağıl aləmli atmosferi və gözəl uşaq obrazları ilə yadda qalacaq.
Ayın 25-dən 27-nə qədər Gürcüstan, Türkiyə, Kanada, Ukrayna, Özbəkistan və digər ölkələrin aparıcı dizaynerlərinin nümayişləri olacaq.
Marafonun ilk günü ən məşhur gürcü dizayneri - Avtandil ilə başlayıb, daha sonra Azərraycan brendi - Naditin zərif və parlaq kolleksiyası ilə davam edəcək. Daha sonra gənc istedadlara dəstək verən və onlara öz işlərini professional meydana çıxarmağa imkan yaradan yeni azərbaycanlı moda evi - "Project by Natavan Gallery" unikal konsepti ilə nümayişə qoşulacaq. Daha sonra isə, şou gürcü mənşəli azərbaycanlı dizayner Amina Jəfər ilə davam edəcək və məhdud libasların kolleksiyasının göstərişi baş tutacaq. İlk günün bağlanışını türkiyəli dizayner Lulu by Rananın moda nümayişi edəcək.
İkinci nümayiş günü azərbaycanlı dizayner Xokumı Hacıyevin oyuncaq kolleksiyası və "Levata Group"un zərgərlik evi ilə başlayacaq. Daha sonra "Zinet-i-Zishan"ın unikal bəzək kolleksiyası nümayiş olunacaq. Daha sonra göstəriş aparıcı türkiyəli dizayner Selma Çilekin kolleksiyası ilə davam edəcək. Gecənin apofiozu "Family Look"dan bütün ailə üzvləri üçün rahat kolleksiya olacaq. Göstəriş gecəsini ukraynalı dizaynerlər Kriza və "Couture de Fleur" bağlayacaq.
Üçüncü, göstərişin yekun günü Özbəkistanın aparıcı dizaynerlərinin "Sharq Libosları" etiketləri altında yığma göstərişi ilə başlayacaq. Daha sonra türkiyəli moda evinin "The Black Dress" kolleksıyasının nümayişi olacaq. Azərbaycanın dəb göstərişləri çərçivəsində ilk olaraq, podiumda yüksək səviyyəli hicab kolleksiyası "Jannat" markası tərəfindən nümayiş olunacaq. Marafonun üçüncü gününü Moskvanın brendi "Sol Atelier" davam etdirəcək. Dəb Həftəsinin təmtəraqlı bağlanışını azərbaycanlı brend "De Camie" edəcək.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
trend