Azərbaycan yığması Estoniya millisinə qalib gəlmişdir
16.8.2012

AFFA Futbol Mərkəzindəki “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Estoniya yığma komandaları arasında yoldaşlıq oyunu keçirilmişdir.
Qarşılaşma 3:0 hesabı ilə yığmamızın xeyrinə başa çatmışdır. Estoniya komandasının qapısından topları Bədavi Hüseynov və Murad Ağayev keçirmişlər.

© AzərTAc