Nizami Kino Mərkəzində Türkiyənin “Benim adım Feridun” və ABŞ-ın “Fantastik məxluqlar” filminin nümayişinə başlanılıb.
Nizami Kino Mərkəzindən bildirilib ki, “AF Mediya–Azərbaycan” şirkətinin təqdim etdiyi “Benim adım Feridun” filmini rejissor Çağan İrmak komediya janrında ekranlaşdırıb. Məhəbbət mövzusunda olan filmdə cərəyan edən hadisələr tanınmış aktyorlar tərəfindən məharətlə canlandırılıb. Böyük Britaniya və ABŞ istehsalı olan və “3D” formatda çəkilmiş “Fantastik məxluqlar” filmini C.K.Roulinqin ssenarisi əsasında rejissor Devid Yeyts fantaziya və macəra janrında çəkib.
Film sehrbazların Nyu-Yorkdakı məxfi cəmiyyətə düşmüş yazıçı Nyut Skamanderin macəralarından bəhs edir.
azertag.az