Milli İncəsənət Muzeyində “17 noyabr - milli birlik, oyanış günü” adlı tədbir keçirilib
18.11.2016

Milli İncəsənət Muzeyində 17 noyabr - Milli Dirçəliş Günü ilə bağlı tədbir təşkil edilib.

“17 noyabr - milli birlik, oyanış günü” adlı tədbirdə əvvəlcə muzeyin əməkdaşlarının Milli Dirçəliş Günü ilə əlaqədar hazırladıqları videoçarx nümayiş olunub.

Sonra qonaqlara Azərbaycan xalqının milli dirçəliş hərəkatının tarixi haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, xalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən dövrə nəzər salsaq, bu illərin nə qədər ağrılı-acılı, eyni zamanda, şərəfli bir dövr olduğunu görərik. Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan, ulu öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin regionun güclü dövlətinə çevrilməsindən danışılıb.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış ediblər.

azertag.az