Tənqidçinin yeni kitabı işıq üzü görüb
18.11.2016

“Təhsil” nəşriyyatında tənqidçi Əsəd Cahangirin “On üçüncü gecə” kitabı çapdan çıxıb.

Kitabda tənqidçinin Xalq Yazıçısı Elçinin əsərlərinə həsr etdiyi məqalələr toplanıb. Müxtəlif vaxtlarda dövri mətbuatda dərc olunan, Elçinin ayrı-ayrı bədii əsərlərinə həsr edilən yazılardan ibarət kitab müəllifin oxucularla dördüncü görüşüdür.

İndiyə qədər onun “Qədim türk ədəbiyyatının linqvistik poetikası”, “Ağ saç, qara saç” və “Kim yatmış, kim oyaq” kitabları işıq üzü görüb.

azertag.az