Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-20-ci km-lik hissəsinin ayrıcı zolağı yaşıllaşdırılıb.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, sözügedən hissəyə 2 min ədəd həmişəyaşıl kol bitkiləri əkilib. Əkilən kollara üzvi gübrə verilərək suvarılıb.
Qurumdan bildirilib ki, yaşıllaşdırma aksiyaları respublikanın bütün avtomobil yollarının mühafizə və ayrıcı zolaqlarında keçirilir.
trend