Hamlet Xanızadənin xatirə gecəsi keçiriləcək
29.9.2011

Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında əməkdar artist, Dövlət mükafatı laureatı Hamlet Xanızadənin anadan olmasının 70 illiyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.
Hamlet Xanızadə tanımış əsərləri əsasında hazırlanan tamaşalarda müxtəlif obrazları böyük sənətkar məharəti ilə yaradıb. Hamlet Xanızadənin kinoda də parlaq obrazları az deyil. Bunlara misal olaraq, "Yeddi oğul istərəm" (Gizir), "O qızı tapın", "Axırıncı aşırım" (Talıbov), "Arxadan vurulan zərbə” (İmaş), "Babək" (Xəlifə Mötəsim), "Qətl günü" (Sədi Əfəndi), “Yaramaz” (Zavod Direktoru) filmlərində yaratdığı obrazları göstərmək olar.
Hamlet Xanızadə 1990-cı il fevralın 22-də dünyasını dəyişib.