Noyabrın 30-da Xalq Artisti Alim Qasımov və qızı, Əməkdar Artist Fərqanə Qasımova Türkiyənin İzmir şəhərində konsert proqramı ilə çıxış edəcək.
Sənətkarlar “Camerata” İzmir qrupu ilə birgə səhnəyə çıxacaq.
Hakan Şensoyun dirijorluq etdiyi konsert böyük salonda baş tutacaq.
azertag.az