Eminin “Walk Through Walls” mahnısı “BBC Radio 2”nin top-listinə daxil olunub - Video
17.8.2012

Bəstəkar-müğənni Emin Ağalarovun “Walk Through Walls” adlı mahnısı “BBC Radio 2” musiqi radiostansiyasının top-listinə daxil olunub.

Müğənninin rəsmi saytına istinadən verilə xəbərə görə, sözü gedən sinql “Obvious”, “Any Time You Fall” və “Baby Get Higher” sinqllarından sonra sayca dördüncüdür.

Xatırladaq ki, müğənni bu günlərdə “BBC səhər” proqramının qonağı olub.
Video

Gün.Az