“Kapital Bank” Ramazan bayramı münasibətilə ödəniş kartlarının satış qiyməti tariflərini 50 faiz aşağı salıb.
Bankdan verilən məlumata görə, bundan sonra müştərilər “Kapital Bank”ın təklif etdiyi ödəniş kartlarının hər birini cəmi yarı qiymətinə ala bilərlər.
Bundan başqa, bankın “SMS-banking” xidmətinə qoşulma şərtlərində də dəyişiklik edilib. Əgər indiyə qədər bu xidmətə qoşulmaq üçün 3 manat ödəniş haqqı tələb olunurdusa, artıq buna ehtiyac yoxdur. İndi bu xidmətə qoşulmaq üçün heç bir ödəniş tələb olunmur.
Gün.Az