Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Avropa və Amerikanın teatr, kino sahəsindəki yeniliklərini ölkəyə gətirmək, tədrisin keyfiyyət və səmərəliliyini artırmaq məqsədilə silsilə təlim, məşgələ, ustad dərsləri təşkil edilir.
ADMİU-dan bildiriblər ki, növbəti təlimlər “SABAH” qruplarında müasir Polşa teatrı üzrə tədris layihəsi çərçivəsində bu ölkədən dəvət olunmuş mütəxəssislər tərəfindən aparılır. Əcnəbi mütəxəssislər “SABAH” qruplarında səhnə hərəkəti və aktyor sənəti üzrə təlim və məşgələlər keçirlər. Adam Miçkeviç İnstitutunun Şərq Təfərdaşlığı layihəsinin əlaqələndiricisi İrena Fedorkova, rejissor Maqdalena Şpext və Şərqi Avropa İfaçılıq (teatr və rəqs üzrə) Sənətləri Platformasının (EEPAP) nümayəndəsi Marta Şimanska, xoreoqraf Veronika Pelçinska beş gün tələbələrlə məşgələləri davam etdirəcəklər. Məşgələlər Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında keçirilir.
azertag.az