Əhaliyə göstərilən rabitə xidmətinin həcmi artıb
17.8.2012

İnformasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 779,4 milyon manat dəyərində xidmət göstərib.

Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, bu da ötən illə müqayisədə 18,5 faiz çoxdur.

Xidmətlərin 72,1 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 74,8 faizi qeyri-dövlət sektorunun payına düşüb.


Gün.Az