"PAŞA Həyat"ın əməkdaşı ABŞ-ın nüfuzlu araşdırma şirkəti tərəfindən təltif edilib
21.11.2016

“PAŞA Həyat Sığorta” şirkətinin əməkdaşı ABŞ-ın nüfuzlu araşdırma şirkəti olan LIMRA tərəfindən qalib elan edilib.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, “PAŞA Həyat Sığorta” şirkətinin satış departamentinin direktoru Samir Kazımov LIMRA tərəfindən dünya üzrə elan edilən “25 parlayan ulduz” nominasiyasının qalibi olub və ona “Rising Star of Innovation” mükafatı təqdim edilib.

Qeyd edək ki, LIMRA təşkilatı 40 yaşınadək olan şəxslər arasında maliyyə, biznes sahəsində yenilik edən “25 parlayan ulduz” nominasiyası üzrə ərizələrin qəbuluna bu ilin avqust ayından başlayıb və bu ilin oktyabr ayının sonunda qaliblərin siyahısı açıqlanıb. Dünya qalibləri sırasında “PAŞA Həyat”ın əməkdaşı Samir Kazımovun da adı yer alıb.

Onu da qeyd edək ki, Samir Kazımov sığorta, o cümlədən həyat sığortası məhsullarının satışı sahəsində yeni satış texnologiyalarına malik olmaqla, şirkətdə satışın operativ təşkil edilməsi, satış kanallarının genişləndirilməsi və müştəri cəlbetmə taktikalarında yeniliklər tətbiq edib.

Xatırladaq ki, baş ofisi ABŞ-da yerləşən LİMRA dünya üzrə tanınmış axtarış, təıdqiqat təlim və inkişaf üzrə maliyyə qurumudur. Təşkilat 850-dən çox müxtəlif maliyyə xidmətləri göstərməklə öz üzvlərinə effektiv biznes strategiyasını inkişaf etdirmək üçün müxtəlif araşdırmalar, hesabat və digər məlumatlarla təmin edir.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Aktivlərinin həcminə görə Azərbaycanın ən iri sığorta şirkəti olan “PAŞA Həyat” hazırda müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

trend