Paytaxtın Nərimanov rayonunda Əhalinin Sosial Müdafiəsi Mərkəzinin binası açılıb
17.8.2012

Bakı şəhərinin Nərimanov rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi (ƏSMM) üçün yeni inzibati bina istifadəyə verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, açılış zamanı işçilərin normal fəaliyyəti, vətəndaşların qəbulu və onlara göstərilən xidmətin yüksək səviyyədə qurulması üçün binada yaradılmış şəraitə baxış olub. Xüsusi layihə əsasında tikilmiş yeni inzibati binalarda Nazirliyin müvafiq bölgə üzrə yerli strukturları birgə yerləşdirilib və həmin qurumların mərkəzlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı ilə bağlı informasiya mübadiləsini təmin etmək üçün fibrooptik xətlər əsasında qurulmuş lokal şəbəkə fəaliyyət göstərir.

Qeyd edək ki, bu günə qədər ölkənin 39 rayon və şəhərində Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin inzibati binaları əsaslı şəkildə təmir olunub, 33 rayon və şəhərdə yeni inzibati binalar inşa etdirilərək yerli qurumların istifadəsinə verilib.

APA