IDEA İctimai Birliyi və "Qafqaz Təbiəti Mərkəzi" təşkilatı Ön Asiya bəbirinin nəslinin bərpası ilə məşğul olacaq
22.11.2016

IDEA İctimai Birliyi və "Qafqaz Təbiət Mərkəzi" təşkilatı arasında Ön Asiya bəbirinin Azərbaycan və Rusiyadakı tarixi yaşayış ərazilərində nəslinin bərpası və qorunması çərçivəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Qafqaz Təbiəti Mərkəzi"nin mətbuat xidmətinə istinadən xəbər verilir ki, müqaviləni IDEA rəhbəri Leyla Əliyeva və təşkilatın baş direktoru Renata Şyuşayte imzalayıb.
Sazişə əsasən, tərəflər arasında Qafqaz bəbirinin mühafizəsi və sayının artırılması sahəsində birgə fəaliyyət istiqamətləri müəyyən olunub.

Çıxışı zamanı Leyla Əliyeva IDEA-nın Qafqazın nadir heyvan növlərinin mühafizəsi layihələrindən, o cümlədən “Qafqazın Böyük Beşliyi” proqramı barədə danışıb. O, 2016-cı ilin iyun ayında Soçi Milli Parkına səfərini xatırlayaraq, burada yaradılmış Qafqazda Bəbirlərin Bərpası Mərkəzinin fəaliyyətini müsbət qiymətləndirib. Qeyd olunan Mərkəz Qafqazın nadir heyvan növü olan bəbirlərin populyasiyası üzrə bir təsisatdır. Leyla Əliyeva Qafqaz faunasının mühafizəsinin səmərəliliyinin artırılması baxımından IDEA və “Qafqaz Təbiəti Mərkəzi”nin səylərinin birləşdirilməsinin əhəmiyyətini qeyd edib.

report.az