Fransanın “voyage.fr” saytında ölkəmizin turizm imkanlarını əks etdirən “Macəra ovçuları: Azərbaycan” adlı video yayımlanıb.
Turizm üzrə tanınan Smatti İssa bu dəfə Quba rayonunun Xınalıq kəndində macəra axtarır.
Sənədli filmdə ölkəmiz haqqında məlumat verilir. Xınalığa gələn çəkiliş qrupu gördükləri mənzərəyə heyranlıqlarını gizlədə bilmirlər.
Smatti İssa dağlıq zonada yaşayan insanların qonaqpərvərliyini xüsusi vurğulayır, onların gündəlik həyatını əks etdirir. Xalqımızdan gördüyü istiqanlılıqdan danışan İssa bu gün öz ölkəsində bu cür dəyərlərin olmadığına təəssüflənir.
Sənədli film “Voyage” televiziya kanalı vasitəsilə yayımlanıb.
azertag.az