Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 8 nömrəli filialında Azərbaycanın Xalq Artisti Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi münasibətilə “Müqəddəs ana obrazının ən yaxşı ifaçısı” adlı “dəyirmi masa” keçirilib.
Tədbirdə filialın müdiri Həmayə Əzizova, N.Məlikovanın teatrda klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində oynadığı rollardan danışıb. Bildirib ki, Nəcibə xanım teatrla yanaşı, kinoda da uğurlu rollar yaradıb. Onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilib.
Tədbirdə aktrisanın ifa etdiyi obrazları əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.
azertag.az