Xalq Artisti Alim Qasımov və qızı Əməkdar Artist Fərqanə Qasımova ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşırlar.
İlk olaraq sənətçilərimiz ABŞ-da konsert proqramı ilə çıxış edəcəklər. Belə ki, gələn ilə planlaşdırılan qastrol səfəri yanvarın 5-dən 16-dək davam edəcək. Konsertdə ABŞ-ın məşhur “Mart Morris” rəqs qrupunun rəqs ifaları altında “Leyli və Məcnun” operasından səhnəciklər təqdim olunacaq. ABŞ-da baş tutacaq konsert proqramı “Yo-Yo Ma” və “İpək Yolu” ansamblının müşayiəti ilə reallaşacaq.
Daha sonra Avstraliyanın Sidney şəhərində konsert proqramı nəzərdə tutulur. Belə ki, Alim Qasımov və qızı Fərqanə Qasımova yanvarın 21-dən başlayaraq iki gün müddətində Sidneydə konsert verəcəklər.
azertag.az